
Maldinidən “Barselona”nın futbolçusuna ad günü hədiyyəsi
“Barselona”nın müdafiəçisi Jerar Martín doğum günündə futbol dünyasının əfsanələrindən olan “Milan”ın sabiq futbolçusu Paolo Maldinidən xüsusi hədiyyə alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq kapitan ispan futbolçuya üzərində öz imzası olan “Milan” formasını göndərib. Formanın üzərində belə bir mesaj da yer alıb:
“Jerara ən xoş arzularla – ad günün mübarək və karyeranda uğurlar!”
Bu jest təsadüfi olmayıb. Belə ki, “Barselona”dakı komanda yoldaşları Jerar Martinə “Jerar Maldini” ləqəbini veriblər. Ləqəb qısa müddətdə yayılaraq sosial şəbəkədə trendə çevrilib.
Sol cinah müdafiəçisi olan Martin eyni zamanda mərkəz müdafiəsində də uğurla çıxış edir. Vaxtilə həm sol cinahda, həm də müdafiənin mərkəzində oynayan Paolo Maldini ilə oxşarlıq məhz bu səbəbdən yaranıb.
“Barselona”nın futbolçusu fevralın 26-da 24 yaşını qeyd edib.
Bizi Facebook-da izləyin



