Mahir Emreli ilə birgə döyülən futbolçu ABŞ klubuna keçdi

Polşanın “Legiya” klubunda Mahir Emreli ilə birgə azarkeşlər tərəfindən döyülən braziliyalı futbolçu Lukinyas da Varşava təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu ABŞ-ın “Nyu-York Red Bulls” klubuna keçib.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Xatırladaq ki, 2021-ci il dekabrın 12-də “Legiya” Plotsk “Visla”sı ilə çempionat oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna hücum çəkiblər. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button