“Məsələn, “Birlik Kuboku” kimi yarış keçirmək olar” – Müsahibə

ÇSKA-nın (Moskva) keçmiş futbolçusu Valeri Masalitin Rusiya futbolunda dövlət şirkətlərinin pullarının bərabər paylanmasına çağırış edib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, vaxtı ilə keçirilən “Birlik Kuboku”nu da yada salıb:

  • Tanınmış əcnəbi futbolçular indi çətin ki, Avropa yarışlarına çıxışı olmayan çempionata gəlmək istəsinlər…
  • Baxırsan, vaxt keçir, hər şey dəyişir. Bu gün bizim üçün Avropa yarışlarına çıxışı bağlayıblar, amma iki aydan sonra bəlkə açacaqlar. Yaxşı, açmırlarsa, özümüz bir şey etməliyik. Ən yaxşısı, ehtiyatımızı indidən görməkdir. Məsələn, bir növ “Birlik Kuboku” kimi yarış keçirmək olar. Üstəlik çempionatı 20 komandaya, hətta 24-ə qədər genişləndirmək şansı olacaq. Hər şey pula bağlıdır. Tutaq ki, “Qazprom” “Zenit”i maliyyələşdirməyi dayandırır. Bəs onda “Zenit”in aqibəti necə olacaq?
  • “Zenit” hegemonluqdan əl çəkəcək.
  • Üstəlik, bu halda “Zenit” aşağı diviziona “uça bilər”. Mən söhbəti nəyə aparıram? Dövlət şirkətlərinin pulları Rusiya Futbol İttifaqında toplanmalı və klublar arasında bərabər paylanmalıdır. Şərti olaraq, hər kluba 2 milyard rubl ayrılmalıdır ki, onlar da çempionatı mütləq bitirəcəklərini, maddi sıxıntı yaşamayacaqlarını bilsinlər. Kiminsə sponsorları varsa, əla, komandaya əcnəbiləri gətirsin, problem yoxdur.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button