“Messi ilə müqayisə oluna bilən heç kim yoxdur”

İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker “qızıl top”un “İnter Mayami”nin futbolçusu Lionel Messiyə verilməsinə münasibət bildirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Lineker, argentinalı futbolçu ilə müqayisə oluna biləcək oyunçu olmadığını bildirib:

“Futbol karyeram Messi ilə Dieqo Maradona arasında keçib. Bu, inanılmazdır. Mənim üçün Messi bir nömrədir. Onunla müqayisə oluna biləcək başqa futbolçular da var, məsələn, Kriştiano Ronaldo. Amma oyununu izləməkdən həzz almaq baxımından Messi ilə müqayisə oluna bilən heç kim yoxdur”.

Messi karyerasında 8-ci “qızıl top”u qazanıb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə bu mükafata layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button