“Real” əla komandadır, ancaq…” – “İnter”in hücumçusu

“İnter”in hücumçusu Lautaro Martines “Real”a potensial transferi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard, “İnter”də xoşbəxt olduğunu bildirib:

“Aydındır ki, “Real” əla komandadır. Ancaq mənim fikrim və ürəyim həmişə “İnter”in yanındadır. Mən burada çox xoşbəxtəm”.

Martinesin Milan klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Futbolçunun bazar dəyərinin 100 milyon avro olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button