“Məndən asılı olsa, yeni mövsüm üçün bütün heyəti saxlayaram” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın heyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın heyətini dəyişmək istəmədiyini söyləyib:

“Artıq klub rəhbərliyinə demişəm ki, məndən asılı olsa, yeni mövsüm üçün bütün heyəti saxlayaram. Bilirəm ki, bu mümkün deyil. Amma həqiqətən, bütün oyunçuları saxlamaq istərdim”.

“İnter” 89 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button