Lukaku şübhə etmir: Belçika millisi ona tapşırılacaq

“İnter”in hücumçusu Romelu Lukaku Tyerri Anri haqda fikirlərini bölüşüb.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, o, fransalı keçmiş futbolçunun Belçika millisini çalışdıracağına şübhə etmədiyini deyib:

“Mənim üçün Anri Belçika millisinin növbəti baş məşqçisidir. Buna heç bir şübhəm yoxdur. Mən bunu açıq deyirəm. Bütün futbolçular ona hörmət edir. O, məşq etməyi, zirvəyə qalxmaq üçün nə etməli olduğumuzu bilir. Komandanı tanıyır.

Məncə, Anri komandamız üçün əla seçim olar. O olmasa, kimin təyin olunacağını bilmirəm. Komandamızın uğur qazanması üçün sıfırdan başlamağa ehtiyacı yoxdur. Hazırkı komanda ilə nəyəsə cəhd etməliyik. Belçika Futbol Federasiyası hər şeyi sıfırdan qurmaq istəyən baş məşqçini qəbul etməz”.

Anri futbolçu kimi “Monako”, “Yuventus”, “Arsenal”, “Barselona” və “Nyu York Red Bullz”da çıxış edib. O, Fransa, İngiltərə, İspaniya kuboklarının, UEFA Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button