“Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm” – “Neftçi”nin keçmiş baş məşqçisi

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu klubdan getməsi barədə danışıb.

Komanda.az “digisport.ro”-ya istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis “ağ-qaralar”la vidalaşdığı dönəmi xatırlayıb:

“Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb. Mübahisə etmədik və heç bir jest etmədim. Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Həmin gün dərhal getmişdim”.

Adrian Mutunun “ağ-qaralar”la müqaviləsi 2023-cü il dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button