“Bunun mənim sayəmdə olub-olmadığını bilmirəm, amma…” – İbrahimoviç

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu, karyerası haqqında danışıb:

“Miladda özüm üçün nəsə istəmirəm. Mən Santa Klausam, “Milan”dakı övladlarım üçün hədiyyələr gətirirəm. Bu il etdiklərimiz üçün hər kəsi təbrik edirəm. Çox az oyunda məğlub olduq. Bunun mənim sayəmdə olub-olmadığını bilmirəm, amma mən də nələrsə etdim.

Dünya çempionatı, Avropa çempionatı, Çempionlar Liqası, hətta “qızıl top”u qazanan insanlar görmüşəm, onlar bir müddətdən sonra yoxa çıxdılar. Mən isə burdayam, zirvədə. Bu, böyük fərqdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button