“Necə bir məşqçi olduğumu bütün dünyaya göstərmək istəyirəm” – Nistelroy

PSV-nin sabiq çalışdırıcısı Rud van Nistelroy karyerasını harada davam etdirmək istədiyindən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Səudiyyə Ərəbistanı çempionatında işləmək üçün getmək? Məncə, yox. İkinci addım mənim üçün çox vacibdir. Mən necə bir məşqçi olduğumu bütün dünyaya göstərmək istəyirəm. Mən aydın inkişaf modeli olan komandaya rəhbərlik etmək istəyirəm, onlar futbolda nə istədiklərini bilməlidirlər. Mənə irəliləmək istəyən komanda lazımdır”.

47 yaşlı mütəxəssis 2022/2023 mövsümündə PSV-də çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button