“Messinin adının “İnter”lə hallanması…” – Verratti

PSJ-nin italiyalı futbolçusu Marko Verratti “Barselona”nın hücumçusu Lionel Messinin adının “İnter”lə yanaşı çəkilməsinə münasibət bildirib.

Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Verratti, Messinin “İnter”ə mümkün transferi ilə bağlı bunları deyib:

“Messinin “İnter”ə transferi? Mənim üçün bunlar sadəcə söz-söhbətlərdir. Lakin Messinin adının “İnter”lə hallanması A Seriyasının zirvəyə qayıtmasını və möhtəşəm futbolçuları cəlb etdiyini göstərir. Kriştiano Ronaldo, Romelu Lukaku, Frank Riberi İtaliyaya təsadüfən getmədi”.