Bekhem: “Mən uşaq böyüdürəm və başa düşürəm ki, onlar səhv edəcəklər”

“İnter Mayami”nin sahibi Devid Bekhem oğlunun sosial mediada sərt paylaşımlarına cavab verib.

Komanda.az CNBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən uşaq böyüdürəm və başa düşürəm ki, onlar səhv edəcəklər. Onların səhv etmələrinə icazə verilməlidir, onlar belə öyrənirlər və bəzən onlara bu səhvləri etmək üçün yer vermək vacibdir”.

Bekhemin böyük oğlu Bruklin ailənin mediada həddindən artıq olması ilə bağlı uzun müddətdir davam edən mübahisə fonunda valideynlərinə sərt reaksiya verib. O, açıqlamasında ailəsiylə barışmaqdan imtina etdiyini və həyatında ilk dəfə hüquqlarını müdafiə etdiyini bildirib. Bruklin həmçinin, atasını tənqid edərək, onun 50 illik yubileyini qeyd etmək üçün Böyük Britaniyaya getdiyini, lakin ona görüşün həyat yoldaşı Nikola Peltzin dəvət olunmadığı təqdirdə, baş tutacağını bildirdiklərini iddia edib. Daha əvvəl onun valideynlərini sosial mediada blokladığı və onları yalnız vəkillər vasitəsilə ünsiyyət qurmağa çağırdığı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button