Flik: “Reşforddan çox məmnunam”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı 4:1 hesablı qələbədən sonra Markus Reşfordla bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun ümumi performansını yüksək qiymətləndirib:

“Mən Reşforddan çox məmnunam. Onun sürəti, sonluğu, oyuna nəzarəti. Onun həqiqətən də üstün keyfiyyətləri var”.

28 yaşlı oyunçu 72-ci dəqiqədə meydana daxil olub və 85-ci dəqiqədə dəqiq cərimə zərbəsi ilə qələbəni təmin edib.

“Barselona” Çempionlar Liqasının turnir cədvəlində 5-ci yeri tutub və 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button