“Elə bir mütəxəssis deyə bilməz ki, mən Elxan Məmmədovla əlaqə saxlamışam, amma görüşmək istəməyib”

AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçlə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda jurnalistlərin suallarını cavablandıran qurum rəsmisi, sözügedən milliyə Samir Əliyevin mümkün təyinatını və Obradoviçin işini dəyərləndirib:

“Hazırda Samir Əliyevin özünün işi, U-19 komandasında vəzifəsi var. Elə bir mütəxəssis deyə bilməz ki, mən Elxan Məmmədovla əlaqə saxlamışam, amma görüşmək istəməyib. Mən onların hər biri ilə danışmışam. U-19 və U-21 riskli yığmalardır. Gənc məşqçilər 6 ay işləyir, sonra klubdan kənarlaşdırılırlar. Təəssüf ki, səbəb ətraflı soruşulmur. Ötən il Milan Obradoviç çəkinmədən yaşı az olan futbolçulara şans verdi. De Byazi də öz növbəsində əsas milliyə gənc oyunçular dəvət etdi.

Millinin püşkü dünən atıldı, çətin qrupa düşdük. Alınsa, davam edəcək. İstədiyimiz baş verməsə, təbii ki, əməkdaşlıq davam etdirilməyəcək. Hər bir baş məşqçi ilə minimum iki seçmə mərhələni əhatə edən müqavilə imzalanıb”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button