“Mən Mbappeyə güvənirəm” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın fransalı hücumçusu Kilian Mbappe haqqında danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub rəhbəri Mbappeyə güvəndiyini bildirib:

“Mənim üçün o, çox gözəl oyunçu və yaxşı insandır, peşəkardır. Ona görə də, onun klubda qalması və getməməsi həqiqətən vacib idi. Bu, başqa bir vacib məqamdır. Amma həmişə dediyim kimi, mən ona güvənirəm, ailəsinə güvənirəm. Çünki futbolçu ilə və onun ailəsi ilə bir növ xüsusi münasibət yaratmışıq. O, parislidir, fransızdır və həmişə Fransada olması ilə fəxr edir.

Mbappe İngiltərə millisi ilə qarşılaşacaq və burada bir şey var: o, təkcə Fransanı və yığma komandanı deyil, həm də, klubunu təmsil edir.”

Dekabrın 10-da dünya çempionatının 1/4 final matçında İngiltərə və Fransa komandaları qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button