Luçesku Fransa klubunun baş məşqçisi ola bilər

Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Mirça Luçesku tezliklə karyerasını bərpa edə bilər.

Komanda.az “PRO TV”-yə istinadən xəbər verir ki, Fransanın “Lion” klubu rumıniyalı mütəxəssislə maraqlanır. Liqa 1 təmsilçisinin onunla danışıqlar apardığı bildirilir. Klub baş məşqçi ilə bağlı son qərarı gələn çərşənbə axşamı, “Marsel”lə derbidən sonra verəcək.

“Lion” Liqa 1-in turnir cədvəlində sonuncu yerdədir. Klub bir müddət əvvəl baş məşqçi Fabio Qrosso ilə yolları ayırıb.

Luçesku noyabrda “Dinamo”nun baş məşqçisi vəzifəsindən istefa verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button