“Liverpul”: Biri olacaq, biri yox

Çempionlar Liqasının final matçında “Tottenhem”lə qarşılaşacaq “Liverpul”un zədəli futbolçularının vəziyyətinə aydınlıq gəlib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin forvardı Roberto Firmino artıq zədəsini sağaldıb və o, final matçında iştirak edə biləcək.

Komandanın digər zədəli futbolçusu Nabi Keytanın isə final matçında olmayacağı dəqiqdir.

“Liverpul”la “Tottenhem”in üz-üzə gələcəyi final matçı iyunun 1-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button