“Liverpul”un yeni transferində koronavirus aşkarlandı

İngiltərə çempionu “Liverpul”un yeni transferi Tyaqo Alkantara koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi tibbi tövsiyələrə uyğun olaraq karantinə göndərilib. “Qırmızılar” gələcəkdə də COVID-19 ilə əlaqədar bütün protokollara əməl etməyi planlaşdırır. Alkantaranın özünütəcrid rejimində lazım olduğu qədər qalacağı vurğulanıb.

Qeyd edək ki, Tyaqo Alkantara “Liverpul”a sentyabrın 18-də Almaniyanın “Bavariya” klubundan 20 milyon avroya keçib.