“Salahla Mane arasındakı rəqabət komandaya zərər vurur”

“Liverpul”un sabiq futbolçusu Maykl Ouen açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu Mersisayd klubunun bu mövsümkü uğursuz çıxışı haqda danışıb:

“Məhəmməd Salahla Sadio Mane arasındakı rəqabət komandaya zərər vurur. İkisi də bir-birinin qol vurmaması üçün çalışır. Mane daha çox komanda futbolçusudur, Salah isə fərdi oynamaq istəyir. Bu iki futbolçu arasındakı problemi görən tək mən deyiləm”.

“Liverpul” Premyer Liqada 7-ci sıradadır.