“Liverpul”un hədəfi: Serbiyalı futbolçu

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, “Liverpul” 28 yaşlı futbolçunu transfer etməyi hədəfləyib. “Qırmızılar” onun üçün 26 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

Serbiyalı futbolçu cari mövsümdə “Latsio”nun heyətində 46 oyuna çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button