“Everton”la oyunöncəsi “Liverpul”da itki

“Liverpul”un futbolçusu Nabi Keyta sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp BBC-yə açıqlamasında deyib. Keyta, İngiltərə Premyer Liqasının 21-ci turunun “Şeffild Yunayted”lə matçından (2:0) əvvəl isinmə hərəkətləri edərkən zədələnib.

Klopp, seneqallı yarımmüdafiəçinin zədə səbəbindən İngiltərə kubokunun “Everton”la matçında iştirak etməyəcəyini bildirib.

“Liverpul” – “Everton” matçı yanvarın 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button