Çempionluğu qeyd edirdi, evi qarət olundu

“Liverpul”un futbolçusu Fabinyonun evi qarət olunub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 22-də baş verib. “Liverpul”un Premyer Liqanın 37-ci turunun “Çelsi” ilə matçından (5:3) sonra çempionluğunu qeyd etmək üçün məclis təşkil edilib. Fabinyo məclisdə olarkən evi soyulub.

Oğrular evdən zinət əşyaları və futbolçunun qarajdan “Audi RS6” markalı avtomobilini oğurlayıb.

Fabinyonun avtomobili daha sonra Uiqan bölgəsində tapılıb.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button