“Premyer Liqada bunu etsəz, dərhal cəzalandırılırsız” – Henderson

“Liverpul”un futbolçusu Cordan Henderson Premyer Liqanın 12-ci turu çərçivəsində “Fulhem”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçi, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Matçın ilk 30 dəqiqəsindən sonra oynamağa başladıq. Premyer Liqada bunu etsəz, dərhal cəzalandırılırsız. Buraxdığımız qola düzgün reaksiya verdik və hesabı bərabərləşdirə bildik. Oyunun ilk yarım saatı məni razı salmasa da, komandanın sonrakı reaksiyasından məmnunam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button