“Liverpul”un daha bir futbolçusu koronavirusa yoluxdu

İngiltərənin “Liverpul” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, Sadio Manenin koronavirus testi pozitiv nəticələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəstəliyin simptomlarını yüngül keçirən seneqallı futbolçu karantinə alınıb.

“Liverpul” bir neçə gün əvvəl digər futbolçusu Tyaqo Alkantaranın koronavirusa yoluxduğunu açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button