Veynaldum PSJ ilə anlaşdı

“Liverpul”la yollarını ayıran Corcinyo Veynaldum karyerasını Fransada davam etdirəcək.

Komanda.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi PSJ klubu ilə anlaşıb. Bu barədə italyan jurnalist Fabritsio Romano özünün “tvitter” səhifəsində məlumat yayıb. Xəbərdə, Veynaldumun PSJ ilə üç illik müqavilə imzaladığı bildirilib.

Paris klubu 30 yaşlı yarımmüdafiəçinin keçidini yaxın zamanda rəsmən açıqlayacaq.

Veynaldumun adı İspaniyanın “Barselona” klubu ilə də hallanırdı.