“Liverpul”da ciddi itki

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai sıradan çıxıb.

Komanda.az xəbər verir ki, “Nyukas”la görüşdə zədə alan futbolçu ən azı 2 oyunda komandasına kömək edə bilməyəcək.

Bunu komandanın baş məşqçisi Yurgen Klopp klubun rəsmi saytına açıqlamasında deyib.

“Qırmızılar” yanvarın 7-də İngiltərə kubokunun 1/32 finalında “Arsenal”la, yanvarın 10-da isə “Fulhem”lə Liqa kubokunun ilk yarımfinal matçında üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button