“Liverpul”a “yox”, “Milan”a “hə”

“Real”ın yarımmüdafiəçisi Marko Asensio bu yay klubu tərk edə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Liverpul”dansa, “Milan”a keçməyi üstün tutur. O hesab edir ki, “Milan”ın əsas heyətində yer almaq ehtimalı daha yüksəkdir.

Asensio 2021/22 mövsümündə “Real”ın heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button