Klopp təsdiqlədi: “Liverpul” onunla yeni müqavilə imzalayacaq

İngiltərənin “Liverpul” klubu futbolçusu Corcinyo Veynaldumla yeni müqavilə imzalamağı planlaşdırır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu niderlandlı futbolçuya yeni müqavilə təklif edib. Tərəflər arasında danışıqların uğurla irəlilədiyi bildirilir. Bunu komandanın baş məşqçisi Yurgen Klopp da təsdiqləyib:

“Onunla çox yaxşı münasətimiz var. Ümid edirəm ki, yeni müqavilə tezliklə imzalanar”.

30 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button