
“Liverpul” Salahı əvəz edəcək hücumçunu seçib
“Leyptsiq”in hücumçusu Yan Diomandenin yay transfer dönəmində hansı komandaya keçəcəyi məlum olub.
Komanda.az “Media Foot”-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Liverpul” və PSJ maraqlanırdı. Məlumata görə, ingilislər transfer yarışında Paris təmsilçisini qabaqlayıb.
Bildirilir ki, Diomande İngiltərə klubunda Məhəmməd Salahı əvəzləməyə uzunmüddətli əvəzləyici kimi nəzərdə tutulur. İddiaya əsasən, Fil Dişi Sahilindən olan hücumçu hər iki klubla ilkin razılıq əldə etsə də, PSJ “Leyptsiq”in tələb etdiyi məbləği ödəməyə hazır olmayıb. Buna görə də, Fransa çempionu diqqətini digər transfer hədəflərinə yönəldib.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Diomandenin transfer dəyəri 90 milyon avro təşkil edir.
Bizi Facebook-da izləyin



