“Liverpul”dan yeni müqavilə təklifi

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Corcinyo Veynaldumla bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, “qırmızılar” 29 yaşlı futbolçuyla yeni müqavilə bağlayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mersisayd klubunun artıq Veynaldumla danışıqlara başladığı bildirilir. Klub, Niderland millisinin üzvünə 2023-cü ilin yayınadək nəzərdə tutulan yeni müqavilə təklif edib.

2016-cı “Nyukasl”dan “Liverpul”a transfer olunan futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 38 oyunda 5 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button