“Liverpul” Lovrenə əvəzləyici tapdı

“Liverpul” “Zenit”ə transfer edilən Deyan Lovrenin əvəzləyicisini tapıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu “Betis”in futbolçusu Aysse Mandini heyətinə qatmaq niyyətindədir. İngilislər 21 yaşlı müdafiəçi üçün “Betis”ə rəsmi təklif də göndərib.

Mandinin klubla 2021-ci ilin yayında bitəcək müqaviləni yeniləmək niyyətində olmadığı bildirilir. Əlcəzairli futbolçu 2016-cı ildən “Betis”in uğurları üçün çalışır.