“Messini izləmək sadəcə xoşbəxtlikdir” – Keçmiş futbolçu

İngiltərə milli komandasının sabiq futbolçusu Qari Lineker “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda danışıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, Messinin iştirak etdiyi qarşılaşmaları izlədiyini dilə gətirib:

“Messi oyun tərzini izləməkdən zövq aldığım ən böyük futbolçudur. O, iki onillik ərzində mənə çox sevinc bəxş edib. Argentinalı futbolçu digərlərinin edə bilmədiyi hər şeyi reallaşdırır. Onu izləmək sadəcə xoşbəxtlikdir. Messinin iştirak etdiyi bütün matçları izləyirəm.

Son dünya çempionu bir futbol qarşılaşmasında karyeram ərzində etmədiyim 3-4 nüansı birdən reallaşdırır. Məhz bu səbəbdən, o, “ən böyük futbolçu kimdir” sualına veriləcək ən uğurlu cavabı müəyyənləşdirib və mübahisələrə son qoyub”.

ABŞ klubu iyulun 15-də Messini transfer etdiyini elan edib. O, MLS təmsilçisi ilə 2025-ci ilin 31 dekabrına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button