“Qızıl top”u kimə verərdim? Özümə!”

“Bavariya”nın hücumçusu Robert Levandovski “France Football” nəşrinin təsis etdiyi “qızıl top” mükafatı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, polşalı futbolçu, cari mövsümdə bu mükafata özünün layiq olduğunu bildirib:

“Qızıl top”u kimə verərdim? Özümə! “Bavariya” ilə bacara biləcəyimiz hər şeyi qazandıq. Bundesliqada, Almaniya kuboku və Çempionlar Liqasında bombardir mən oldum. Başqa bir futbolçu mənim etdiklərimi bacararaq, “qızıl top”u qazanmayacaqdı?

Bu mövsüm üçün “qızıl top”un ləğv eilməsi ilə bağlı qərar verilərkən bu barədə düşünmürdüm. Mənim üçün prioritet Çempionlar Liqası idi, hansısa fərdi uğur haqqında düşünmürdüm”.

Bu mükafat bu il koronavirus səbəbiylə təqdim edilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button