Levandovski Ronaldo və Messini qabaqladı

Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.

Komanda.az xəbər verir ki, bu ada Almaniya nəhəngi “Bavariya”nın hücumçusu Robert Levandovski layiq görülüb.

O, azarkeşlərin səsverməsinə əsasən, İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Kayl Uolker, İtaliya “Yuventus”unun hücumçusu Kriştiano Ronaldo və İspaniya “Barselona”sının forvardı Lionel Messidən üstün olub.

32 yaşlı polşalı hücumçu İngiltərədə “Çelsi”ni 4:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button