Levandovski “Barselona”dan ayrıla bilər

“Barselona”nın hücumçusu Robert Levandovski yayda klubunu tərk edə bilər.

Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, Kataloniya klubu bu yay 35 yaşlı futbolçunu satmağı düşünür. Əvvəlki transfer pəncərəsində Levandovski ilə Səudiyyə Ərəbistanı klubları maraqlanırdı.

Polşalı forvard bu mövsüm bütün yarışlarda 17 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button