Əhməd hardadır?

“Lester”in sabiq futbolçusu Əhməd Musa karyerasını Nigeriyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu “Kano Pillar” klubuna keçib. Bu barədə Nigeriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Musa ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində “Kano Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA və İngiltərənin “Lester” klublarında çıxış edib. Musanın son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” olmuşdu.