Rəsmi: “Lester” onunla danışıqlara başladı

“Seltik”in baş məşqçisi Brendan Rocers İngiltərənin “Lester” klubuyla danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda, Rocersin “Lester” rəhbərliyi ilə baş məşqçi postu üçün danışıqlara başlamasına icazə verildiyi bildirilib.

“Lester”də Klod Pyuelin göndərilməsindən sonra boş qalan baş məşqçi postuna Brendan Rocersin gətiriləcəyi gözlənilir.

2012-2015-ci illər aralığında “Liverpul”u çalışdıran Rocers, 2016-cı ilin yayından “Seltik”ə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button