Onu birdəfəlik transfer etmək istəyirlər

İtaliya klubu “Leççe” “Barselona”dan icarəyə götürdüyü Samuel Umtitini transfer etmək istəyir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 29 yaşlı futbolçunun oyunundan razıdır. Bu səbəbdən, fransalı müdafiəçini Kataloniya təmsilçisindən birdəfəlik almaq istəyirlər.

Eyni zamanda, “Milan” da futbolçunu transfer etməkdə iddialıdır.

Samuel Umtiti 2022-ci ilin avqustunda icarə əsasında “Barselona”dan “Leççe”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button