“Layiqli qələbə qazandıq” – Perişiç

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra yerli mətbuata açıqlama verib.

Komanda.az xəbər verir ki, Perişiç 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Azərbaycan birinci hissədə yaxşı mübarizə apardı. Ancaq onların güclərinin bir müddət sonra tükənəcəyini bilirdik. Buna görə də səbrli olmalı idik. Yekunda onların müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdıraraq, yolumuza davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button