Serbiyalıya 100 milyon avro qiymət qoydular

İtaliyanın “Latsio” klubu yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçin təzminat məbləğini müəyyənləşdirib.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, klub 25 yaşlı futbolçu üçün 100 milyon avrodan aşağı olan təklifləri dəyərləndirməyəcək. “Latsio” bu transfer qiyməti ilə futbolçunu komandada saxlamaq niyyətindədir.

Serbiyalı futbolçunun “Mançester Yunayted”, PSJ kimi klubların transfer hədəfində olduğu bildirilir.