Qullit: “Yamal kimi oyunçular getdikcə azalır”

“Milan”ın və Niderland millisinin sabiq futbolçusu Rud Qullit bugünkü futboldan məyusdur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qullit, “Barselona”nın hücumçusu Lamin Yamalı nümunə kimi göstərib:

“Lamin Yamal kimi oyunçular getdikcə azalır. Yamal bir neçə rəqibini təkbaşına məğlub edə bilən futbolçudur. Bu gün hər kəs sadəcə ötürmə edir, ötürmə edir, ötürmə edir”.

Qullit Niderland millisinin heyətində çıxış edəndə, komanda tarixində yeganə böyük kubok olan AÇ-1988-i qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button