Kubarsi adları “Barselona” ilə hallanan futbolçuları yerə-göyə sığdırmadı

“Barselona”nın üzvü Pau Kubarsi, klubun “Atletiko”nun hücumçusu Xulian Alvares və “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoniyə olan marağıyla bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi, hər iki futbolçu haqda müsbət şeylər söyləyib:

“Alvareslə müqavilə imzalamaq? O, ən yaxşı oyunçu, dünya səviyyəli hücumçudur. Mən ona qarşı oynamışam. Düşünürəm ki, o, “Barselona”nın tələblərinə cavab verir.

Bastoni fantastik müdafiəçidir. Hamımız onun nəyə qadir olduğunu bilirik. Amma hər şey klubdan asılıdır”.

Hər iki oyunçu Kataloniya klubunun transfer hədəfləri arasındadır. Lakin klubun maliyyə çətinlikləri səbəbindən hər iki futbolçunu transfer etmək olduqca çətin olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button