Kroos hələ qərar verməyib

“Real”da çıxış edən yarımmüdafiəçi Toni Kroos “kral klubu”ndakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, 34 yaşlı alman futbolçu gələcəyi ilə bağlı suala cavab olaraq, hələ heç nəyi dəqiq bilmədiyini söyləyib:

“Bu, mənim “Real”dakı son mövsümümdür? Hələ dəqiq bilmirəm”.

Kroos 2014-cü ilin yayından “Real”da çıxış edir. Klubla futbolçu arasında müqavilənin müddəti cari mövsümün sonuna kimidir.

Kroos cari mövsümdə 41 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button