
Konteyə 2 oyunluq cəza
“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.
Komanda.az “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, buna 56 yaşlı mütəxəssisin İtaliya çempionatının 20-ci turunda “İnter”ə qarşı keçirilən matçda etdiyi aqressiv hərəkətlər səbəb olub.
O, sözügedən matçda komandasının qapısına penalti təyin olunduqdan sonra su şüşəsini təpikləyib və qarşılaşmanın dördüncü hakiminə aqressiv şəkildə qışqırıb. Bu davranışlardan sonra Konte qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, Antonio Konte komandasının “Parma” və “Sassuolo” ilə matçlarını tribunadan izləməli olacaq.
“Napoli” İtaliya A Seriyasında 39 xalla üçüncü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



