
“Napoli”nin planı hazırdır – Konte getsə
“Napoli”nin baş məşqçisi Antonio Kontenin İtaliya millisinə qayıtmaq ehtimalı gündəmdədir. Bu baş verərsə, Neapol təmsilçisi yeni çalışdırıcı axtarışına başlayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas namizədlər arasında Vinçenzo İtaliano və Enzo Mareska yer alır.
Bundan əlavə, klub rəhbərliyinin – xüsusilə, idman direktoru Covanni Manna tərəfindən gənc mütəxəssislər siyahısında Daniele De Rossi və Fabio Qrossonun da adları keçir.
Daha əvvəl isə “Napoli”nin prezidenti Aurelio De Laurentisin Konteyə İtaliya millisindən təklif gələcəyi halda, onun gedişinə mane olmayacağı bildirilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



