“Konte ehtiyat oyunçulardan istifadə etmək baxımından çempiondur”

“Yuventus”un sabiq hücumçusu Kristian Vieri Turin klubunda komanda yoldaşı olduğu, hazırda “Napoli”nin baş məşqçisi olan Antonio Kontenin istedadını yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Komandada heç bir böhran yox idi. “Napoli” oyunlarda uduzdu, amma bu, Çempionlar Liqası da daxil olmaqla, müxtəlif yarışlarda oynayanda baş verir. Konte ehtiyat oyunçulardan istifadə etmək baxımından çempiondur və problemlər yarandıqda onları sadəcə həll etmək lazımdır”.

Konte 2024-cü ildən bəri “Napoli”yə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button