“Qarabağ”ın oyunundakı insidentə görə bir nəfər həbs olundu

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-da, Şotlandiyada keçirilən “Aberdin” – “Qarabağ” oyunu zamanı baş verən insidentlə bağlı bir nəfər saxlanılıb.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiyanın “The National” nəşri məlumat yayıb. Xəbərdə, 65 yaşlı kişi fanatın “Pittordi” stadionunda matç zamanı 26 yaşlı bir şəxsə hücum etməkdə ittiham olunduğu bildirilib.

Polis sözügedən şəxsin daha sonrakı bir tarixdə məhkəməyə çıxarılmasının gözlənildiyini yazıb.

“Aberdin” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.