Konfrans Liqasında püşk atıldı: “Marsel” İsveçrə klubu ilə qarşılaşacaq

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ı 1/16 final mərhələsində məğlub edən “Marsel”in də rəqibi bilinib. Fransa təmsilçisi 1/8 finalda “Bazel”lə qarşılaşacaq.

İtaliyanın “Roma” klubu isə Niderland təmsilçisi “Vitess”lə üz-üzə gələcək.

UEFA Konfrans Liqası, 1/8 final

“Marsel” (Fransa) – “Bazel” (İsveçrə)

“Lester” (İngiltərə) – “Renn” (Fransa)

PAOK (Yunanıstan) – “Gent” (Belçika)

“Vitess” (Niderland) – “Roma” (İtaliya)

PSV (Niderland) – “Kopenhagen” (Danimarka)

“Slaviya” (Praqa, Çexiya) – LASK (Avstriya)

“Bude Qlimt” (Norveç) – AZ Alkmaar” (Niderland)

“Partizan” (Serbiya) – “Feyenoord” (Niderland)

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab matçları isə martın 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button