Konfrans Liqası: “Latsio” doğma meydanda uduzdu

Avropa Konfrans Liqasında 1/8 final mərhələsi start götürüb.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

İtaliyanın “Latsio” klubu Niderland təmsilçisi “Alkmaar”ı qəbul edib. Üç qolun qeydə alındığı ilk oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Bu komandalar arasında cavab oyunu martın 16-da Niderlandda baş tutacaq.

1/8 finalın digər görüşləri isə martın 9-da keçiriləcək.

Avropa Konfrans Liqası, 1/8 final
İlk oyun
7 mart

Latsio (İtaliya) – Alkmaar (Niderland) 1:2
Qol
: Pedro, 18 – Pavlidis, 45. Kerkez, 62.
Baş hakim: Qlenn Niberq (İsveç).
Roma Olimpiya Stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button