Kondratyev: “Azərbaycan millisi şanslardan istifadə etdi”

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Oyunda şanslarımız oldu. Sadəcə, qol vura bilmirik. Bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslarından yararlandı. Azərbaycan millisini təbrik edirəm.
  • Düşünmürsüz ki, Belarus qrupun ən zəif komandasıdır?
  • Oyun keyfiyyəti baxımından bərabər komandalardır. Sadəcə, hücumçular cəhətdən problemlər yaşayırıq.
  • Oyundan əvvəl Azərbaycan millisini yaxşı təhlil etdiyinizi demişdiz. Bu sözünüzün üstündə qalırsız?
  • Bəli, rəqibi yaxşı analiz etmişdik. Qol epizodunda rəqib oyunçunun sol ayağının yaxşı olduğunu bilirdik. Ancaq mane ola bilmədik.
  • Ev oyunlarınızı neytral meydanda keçirməyiniz nəticələrinizə təsir edir?
  • Təbii ki. İkinci oyundur ki, belə oynayırıq. Bu, çox çətindir.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button